"Qarabağ"ın futbolçusu Redon Cica ailə həyatı qurub. Sport24.az xəbər verir ki, albaniyalı hücumçunun toy mərasimi ölkəsində baş tutub.
26 yaşlı forvard Kristina adlı xanımla evlənib.
Qeyd edək ki, "Qarabağ" Redon Cicanı 2023-cü ilin yanvar ayında "Tirana"dan transfer edib. Futbolçu ötən mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 5 qol vurub.