Xabi Alonso "Real"da ilk məşqini keçirib. Sport24.az xəbər verir ki, Madrid klubunun futbolçuları klublararası dünya çempionatına hazırlığa başlayıblar. 

 

Ümumi qrupa Eder Militao, Tibo Kurtua, Dani Karvahal, David Alaba və Brahim Dias qayıdıblar. Antonio Rüdiger, Ferlan Mendi, Endrik və Eduardo Kamavinqa zədələrindən sonra bərpa prosesini davam etdirirlər. Daha əvvəl bel nahiyəsində problemi aşkarlanan Federiko Valverde isə trenajor zalında çalışıb.

 

Xabi Alonsonun rəhbərliyi altında "Real" ilk oyununu 18 iyun tarixində keçirəcək, komanda klub dünya çempionatının qrup mərhələsində "Al-Hilal" ilə qarşılaşacaq.