"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola şəhərə verdiyi töhfələrə və futboldan kənar işlərinə görə Mançester Universitetinin fəxri doktoru adına layiq görülüb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İspan mütəxəssis mükafatı alarkən bildirib ki, 9 ildir Mançesterdə yaşayır və şəhər artıq ona çox doğmalaşıb. Bundan başqa dəstəyə görə,  universitetə ​​və kluba təşəkkür edib.

 

Qeyd edək ki, əsası 1824-cü ildə qoyulan Mançester Universiteti Böyük Britaniyanın aparıcı universitetlərindən biridir. Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında Çempionlar Liqası da daxil olmaqla, 17 kubok qazanıb.