Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ikinci matçına çıxacaq. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu yığma Gürcüstanla qarşılaşacaq.

 

Qeyd edək ki, yığmamız ilk turda meydan sahibləri İsveçə 0:3 hesabı ilə uduzub.

 

Gümüş Avropa Liqası
II tur
19:00. Gürcüstan - Azərbaycan
Hakimlər: 
Elena Persson (İsveç), Ellen Mari Burhem (Norveç)
Umeo, "Energi Arena Vatten"