İtaliyanın "İnter" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası nəhəngi "Marsel"dən Luis Enrikeni transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"İnter" braziliyalı vinger üçün Fransa klubuna 23+2 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Marsel" Luis Enrikeni 2020-ci ilin sentyabr ayında Braziliyanın "Tres Passos" klubundan transfer etmişdi. 23 yaşlı oyunçu ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.