"Trabzonspor"un qapıçısı Uğurcan Çakır Fransada çıxış edə bilər. Sport24.az xəbər verir ki, "Monako" türk qolkiperi transfer etmək istəyir.
Bu barədə "A Spor" televiziyası məlumat yayıb.
Fransa klubu Uğurcan üçün "Trabzonspor"a 10 milyon avroluq təklif göndərib. Trabzonlular hələ ki təəklifə cavab verməyib.
Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. Türkiyə millisinin üzvü olan 29 yaşlı "əlcək sahibi" ötən mövsüm Super Liqa təmsilçisinin heyətində 43 rəsmi matçda meydana çıxıb.