İyunun 5-7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən Çövkən üzrə Avropa Çempionatının final qarşılaşması baş tutub. Sport24.az xəbər verir ki, tarixi nəticə ilə yadda qalan bu yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.

 

Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb 6:2 hesabı ilə inamlı qələbə qazanıb.

Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açıb.

 

Turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib. Azərbaycan milli komandasının ilk oyunda Türkiyə çövkən yığmasına 3:0 hesabı qalib gəlib. Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə güclü olub - 4:0 .

 

Qeyd edək ki, beynəlxalq çövkən təqviminə əsasən növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda – Asiya, sentyabrın sonunda Nigeriyada – Afrika və noyabr ayında isə Buenos Airesdə – Cənubi Amerika çempionatları keçiriləcək.