Bu gün qadın voleybolçulardan ibarət Avropa Qızıl Liqasında II mərhələyə start veriləcək. Sport24.az xəbər verir ki, millimiz meydan sahibləri Slovakiya ilə üz-üzə gələcək.
Əvvəlki iki qarşılaşmanı setsiz və xalsız başa vuran Faiq Qarayevin yetirmələrin bu oyuna qələbə arzusu ilə çıxacaq. Rəqibin hesabında isə 1 qələbə, 1 məğlubiyyət var.
Qeyd edək ki, millimiz sabah Monteneqro yığması ilə qarşılaşacaq.
Qızıl Avropa Liqası
6 iyun, III tur
20:00. Azərbaycan – Slovakiya
Hakimlər: Bosko Miliç (Avstriya), İqor Şimpl (Slovakiya)
Bratislava, "Sport Hall Gopass Arena"