Azərbaycan milli komandası yoldaşlıq oyununda səfərdə Latviya seçməsi ilə üz-üzə gələcək. Sport24.az xəbər verir ki, komandamız bu gün Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı "Skonto" stadionunda son məşqinə çıxıb.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.