"Beş oyunluq qələbəsizlik seriyasının növbəti matçda başa çatacağına ümid edirəm". Sport24.az xəbər verir ki, bu sözləri iyunun 10-da Bakıda Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib.

Mütəxəssis ötən gün İsveçə 0:2 hesabı ilə uduzduqları matçda çoxlu səhvlər etdiklərini söyləyib:

"Növbəti qarşılaşmalarda bunları təkrarlamamalıyıq. Futbolda yalnız nəticə önəmlidir. Ona görə də tənqidləri qəbul etməliyik. Lakin inamı da itirməyə imkan verməməliyik. Oyunlarda qol imkanları yaradırıq. Amma sadəcə bununla kifayətlənmək olmaz. Həmin şansları qola qola çevirmək lazımdır".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu iyunun 10-da Bakıda keçiriləcək.