Misli Premyer Liqasının 17-ci turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Neftçi" "doğma divarlar" arasında "Zirə"ni qəbul edir.
Bu oyun ərəfəsində qonaqlar 28 xalla turnir cədvəlində 3-cü pilləsində yer alıbsa, meydan sahibləri 20 xalla 8-cidir. Bu komandalar arasında ilk dövrədə baş tutan görüş 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Palms Sports Arena"da keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XVII tur
19:00. "Neftçi" - "Zirə"
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
Bakı. "Palms Sports Arena".