Braziliya milli komandası dünya çempionatı ərəfəsində daha bir itki ilə üzləşib. Sport24.az xəbər verir ki, beşqat dünya çempionlarının müdafiəçisi Vanderson sıradan çıxıb.

 

"Monako"da çıxış edən futbolçu sol bud əzələsindən əməliyyat olunub. 24 yaşlı sağ cinah müdafiəçisi 3 ay yaşıl meydanlardan uzaq qalacaq. Belə olan halda Vanderson yayda ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda iştirak edə bilməyəcək.

 


Qeyd edək ki, Braziliya yığmasının digər üzvü Rodriqo da DÇ-2026-da forma geyinə bilməyəcək. "Real"ın vingeri dizindən əməliyyat olunub. 25 yaşlı oyunçu 2027-ci ilin əvvəlində oynamağa hazır olacaq.