"Yuventus" yay transfer pəncərəsində sağ cinah müdafiəçisi mövqeyini gücləndirməyi planlaşdırır. Turin təmsilçisi bu məqsədlə Cedd Spensi transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "Yuventus" rəhbərliyinin növbəti mövsüm üçün sağ cinah üçün əsas namizədlərdən biri məhz "Tottenhem"in futbolçusudur. Hələlik klublar arasında rəsmi danışıqlar başlamasa da, tərəflər arasında mümkün transfer üçün zəminin olduğu bildirilir.

Qeyd edək ki, Spensin "Tottenhem" ilə müqavilə müddəti 2029-cu ilin yayına qədərdir.