"Napoli" "Sportinq"in hücumçusu Alisson Santosu daimi əsasda transfer etmək niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Neapol təmsilçisi 23 yaşlı futbolçunun "Sportinq" ilə müqaviləsində yer alan 15 milyon avroluq transfer hüququnu aktivləşdirməyi planlaşdırır.
Qeyd edək ki, Alisson Santos icarə əsasında "Napoli"də çıxış edir. Braziliyalı futbolçunun müqaviləsi bu ilin yayında başa çatır.