"San Paulu" rəsmi olaraq baş məşqçi Ernan Krespo ilə münasibətlərə son qoyduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə Brazliya klubunun mətbuat xidməti məlumat yayıb. 

 

Argentinalı məşqçi ilə yanaşı, klubun bütün məşqçi heyəti də komandadan ayrılıb. 

 

Krespo 2025-ci ilin iyulunda ikinci dəfə "San Paulu"ya qayıdıb. Onun rəhbərliyi altında, komanda 2021-ci ildə ştat çempionluğunu qazanmışdı. Bu dəfə o, 46 qarşılaşmada iş başında olub. Bö görüşlərin 21 qələbə qazanan kollektiv, 7 heç-heçə edib və 18 məğlubiyyətə üzülüb.

 

Qeyd edək ki, "San Paulu" artıq yeni baş məşqçi axtarışına başlayıb. 2025-ci ildə "İnternasional"dan ayrıldıqdan sonra işsiz olan Rocer Maçado boş qalan posta əsas namizəd hesab olunur.