Avstraliya hakimiyyəti Asiya Kubokunda dövlət himnini oxumaqdan imtina etdiklərinə görə öz ölkələrində sərt cəzalarla üzləşən futbol üzrə İran millisinin üzvlərinə humanitar viza vermək qərarına gəlib. Sport24.az xəbər verir ki, ölkənin İmmiqrasiya naziri Toni Börk jurnalistlərə açıqlamasında bildirib ki, artıq beş oyunçuyar viza verilib.
İran millisi Avstraliyada keçirilən Asiya Kubokunun qrup mərhələsində üç oyunda üç məğlubiyyətlə üzləşib. İlk matçda oyunçuların dövlət himni çalınarkən səssiz dayanması diqqət çəkib. Onların davranışı İran hakimiyyətinə qarşı etiraz kimi qəbul edilib. İranda futbolçuların hərəkətləri xəyanət kimi dəyərləndirilib və ciddi araşdırma tələb olunub.
Qeyd edək ki, İran millisinin beş oyunçusu bazar ertəsi günü komandanın düşərgəsindən qaçmaq qərarına gəlib. Bunlar Fatima Pəsəndidə, Zara Qənbəri, Zara Sərbali, Atefeh Ramazanzadə və Mona Hamudidir. Onlara 24 saat ərzində viza verilib.