Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganə qarşılaşması "Bank Respublika Arena"da baş tutacaq.
Ötən həftə "Qəbələ"ni ölkə kubokundan kənarlaşdıran "Sabah" bu dəfə çempionar oyununda "qırmızı-qaralar"la üz-üzə gələcək. Heç şübhəsiz ki, matçın favoriti çempionluq uğrunda mübarizə aparan "bayquşlar"dır. Valdas Dambrauskasın yetirmələri qış fasiləsindən sonra yaxşı sürət yığıb və bunun da nəticəsi olaraq zirvədə qərarlaşıb. Qonaqlar isə fərqli məqsəd, elitada yerini qorumağa çalışır. Bölgə təmsilçisi hər nə qədər autsayderlər arasında yer alsa da, "bərk qoz" təsiri bağışlayır. Bu komanlar arasında baş tutan sön görüşlər də bunu göstərib. "Sabah"ın bu gün asan qələbə qazanacağını söyləmək olmaz.
Qeyd edək ki, Misli Premyer Liqasının 24-cü turuna martın 13-də start veriləcək.
Misli Premyer Liqası
III dövrə, XXIII tur
19:15. "Sabah" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Masazır. "Bank Respublika Arena".