"Barselona"nın prezidenti Joan Laporta, PSJ-nin Lamin Yamalı transfer etməyə çalışdığını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə prezidentliyə debat zamanı danışıb:
"Fəxr etdiyim şeylərdən biri də budur. PSJ Yamal üçün 250 milyon təklif etdi və biz yox dedik. Onun 2030-cu ilə qədər müqaviləsi var".
Laporta həmçinin qeyd edib ki, PSJ-nin təklifi təxminən iki il əvvəl, Yamalın 17 yaşı olanda gəlib.
Qeyd edək ki, Lamine Yamal "Barselona"nın heyətində ümumilikdə bütün turnirlərdə 142 oyun keçirib, 44 qol vurub və 49 məhsuldar ötürmə edib.