Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi start götürür. Sport24.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutacaq.

 

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" "doğma divarlar" arasında "Liverpul" ilə üz-üzə gələcək. "Nyukasl" doğma meydanda "Barselona"nı qonaq edəcəksə, "Bavariya"nı İtaliya səfərində "Atalanta" ilə qarşılaşacaq. "Tottenhem"i isə İspaniyada "Atletiko" ilə çətin sınaq gözləyir.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları sabah keçiriləcək.

 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

10 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)

00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)

00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)

00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)