"Monako" və Brazilya millisinin üzvü Vanderson zədələnib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

24 yaşlı futbolçu bazar ertəsi əməlliyat olunub. Onun təxminən 3 ay müddətində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bu zədə səbəbindən Vandersonun dünya çempionatında iştirak etməsi sual altına düşüb. Futbolçunun bərpa prosesinin necə keçəcəyi hələlik məlum deyil.