Karlo Ançelotti Neymarı Fransa və Xorvatiya ilə bu ay keçiriləcək yoldaşlıq oyunları üçün Braziliyanın genişləndirilmiş heyətinə daxil edib. Sport24.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.
Hücumçu yükləmə səbəbindən komandasının "Mirasol"la oyununu buraxacaq. O, millinin toplanışından öncə "Korintians"la matçda meydanda olacaq ki, bu görüşdə özünü yaxşı tərəfdən göstərməlidir. Ançelotti "10 nömrə"ni canlı izləmək üçün bu qarşılaşmanı tribundan izləyəcək.
Siyahıda həmçinin "Lion"a parlaq oyun sərgiləyən Hendrik də yer alıb. Gənc hücumçu Fransa klubunda 10 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib ki, bu da onun milliyə yolunu açıb. "Yuventus"un formasını geyinən Bremer müdafiəyə qayıda bilər. Turin klubunun futbolçusu 2024-cü ildən bəri milli komandada oynamayıb. Lakin uzun müddətli zədədən sonra İtaliyadakı inamlı çıxışı ilə məşqçilər korpusunun diqqətini cəlb edib.