"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayevin məşqlərə başlayacağı vaxt məlum olub.
Bu barədə məlumatı Sport24.az-a açıqlamasında Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov bildirib:

"Veysəl Rzayevlə bağlı qərar verilməyib. Tam olaraq sağalıb komandaya qayıtmalıdır. Bundan sonra isə, rəhbərlik və baş məşqçi danışıb müzakirə edəcək. Hələ ki, əsas olan futbolçunun səhhətidir. İnşallah, martın sonlarına yaxın məşqlərə başlamalıdır. Komandaya qoşulandan sonra qərar veriləcək".

Qeyd edək ki, Veysəl Rzayev fevralın 3-də Gəncə şəhərində baş verən insident zamanı bıçaqlanmışdı.