Qazaxıstanın AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov "Qarabağ"sistemində fərdi təcrübə proqramı keçir. Sport24.az xəbər verir ki, bu haqda Almatı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qurban Qurbanovun dəvəti ilə təşkil olunan bu təcrübə müddətində mütəxəssisə klubun bütün iş proseslərinə tam çıxış imkanı yaradılıb.

 

Ağdam təmsilçisinin düşərgəsində olduğu müddətdə Kendjaxunov əsas komandanın məşq prosesində, nəzəri dərslərdə, oyunların analitik təhlilində, məşqçilər heyətinin işində, futbolçuların fiziki hazırlıq sistemində, tibbi müşayiət və bərpa prosesində iştirak edir.