Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 23-cü tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganə qarşılaşması "Bank Respublika Arena"da baş tutacaq.

 

Ötən həftə "Qəbələ"ni ölkə kubokundan kənarlaşdıran "Sabah" bu dəfə çempionar oyununda "qırmızı-qaralar"la üz-üzə gələcək. Heç şübhəsiz ki, matçın favoriti çempionluq uğrunda mübarizə aparan "bayquşlar"dır. Valdas Dambrauskasın yetirmələri qış fasiləsindən sonra yaxşı sürət yığıb və bunun da nəticəsi olaraq zirvədə qərarlaşıb. Qonaqlar isə fərqli məqsəd, elitada yerini qorumağa çalışır. Bölgə təmsilçisi hər nə qədər autsayderlər arasında yer alsa da, "bərk qoz" təsiri bağışlayır. Bu komanlar arasında baş tutan sön görüşlər də bunu göstərib. "Sabah"ın bu gün asan qələbə qazanacağını söyləmək olmaz. 

 

Qeyd edək ki, Misli Premyer Liqasının 24-cü turuna martın 13-də start veriləcək.

 

Misli Premyer Liqası

III dövrə, XXIII tur

19:15 Sabah – Qəbələ 7:1

Qollar: Mikels, 10, 33, Aleksey, 24, Parris, 40, Maluda, 53, Sekidika, 63, Rəhman, 77. ; Ba Lua, 87.

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Masazır. "Bank Respublika Arena". 

"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 20. Coy Lens Mikels 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende

Baş məşqçi: Valdas Dambrauskas

"Qəbələ": 93. Rza Cəfərov 28. Murad Musayev (k) 7. Turan Manafov 13. Nicat Əliyev 24. İsmael Akinade 50. Adriel Ba Loua 3. Eduardo Kunde 6. Xayme Syerra 8. Sambu Sissoko 16. İsaak Amoah 30. Prins Ovusu

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev 94. Həbib Hüşənov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 74. Süleyman Damadayev 66. Nuğay Rəşidov 10. Şahin Şahniyarov 27. Eşqin Əhmədov 21. Ziya Şəkərxanov 12. İbrahim Sanqare 14. Domi Massumo

Baş məşqçi: Kaxaber Sxadadze