Misli Premyer Liqasında 17-ci tur start götürüb. Sport24.az xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.
Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasında olub. Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb.
Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.