İspaniyanın "Barselona" klubu futbolçusu Rafinya üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Neom"un göndərdiyi təklifi rədd edib. Sport24.az xəbər verir ki, hazırkı ölkə çempionu braziliyalı vingeri 120 milyon avroya satmaq istəməyib.

 

Kataloniya klubu oyunçunu əsas hesab üzvü hesab etdiyi üçün bu addımı atıb.

 

Qeyd edək ki, 2022-ci ildən "Barselona"da çıxış edən Rafinya cari mövsüm 19 matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.