"Atletiko"nun hücumçusu Xulian Alvares karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Arsenal" argentinalı forvardla ciddi şəkildə maraqlanır.

 

"Topçular" Alvaresin transfer imkanlarını hələ ötən yay araşdırsa da, həmin vaxt razılıq əldə olunmamışdı. 25 yaşlı futbolçu hələ də "Arsenal"ın "radar"ındadır və klub yay transfer pəncərəsində onun uğrunda mübarizəyə qoşula bilər.

 

"Arsenal" bu transferdə "Barselona" ilə rəqabət aparmalı olacaq. Ancaq potensial alıcılar üçün əsas maneə "Atletiko"nun tələbləridir. Madrid təmsilçisi əsas oyunçularından birini buraxmaq niyyətində deyil və onun üçün təxminən 150 milyon avro tələb edir.

 

Dünya çempionu olan hücumçunun "Atletiko" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.