Qadınlardan ibarət "DH Volley" komandası Yüksək Liqada növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, kollektiv bu dəfə X turda "Abşeron" ilə üz-üzə gəlib.

 

AVF-nin idman zalında baş tutan qarşılaşma "DH Volley"in 3:0 (20:25, 21:25, 11:25) hesablı qalibiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, "DH Volley"in növbəti matçı 29 yanvar saat 18:00-da "Azərreyl"ə qarşı olacaq. Qarşılaşma AVF-nin idman zalında keçiriləcək.