Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tur start götürür. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki görüş baş tutacaq. 

 

"Ordu" "Gənclər"lə saat 16:00-da üz-üzə gələcəksə,  "Murov Az Terminal" - "Xilasedici" qarşılaşması saat 18:00-a planlaşdırılıb.

 

Qeyd edək ki, hər iki görüş eyni məkanda, Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.