Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında X turun oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, kişilərin yarışında "Neftçi" "Azərreyl"lə qarşılaşacaq.

 

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək. 

 

Qadınların mübarizəsində isə tura saat 16:00-da "Azərreyl" - "Gəncə" matçı ilə start veriləcək. Günün ikinci görüşü saat 18:00-da "Abşeron" və "DH Volley" arasında keçiriləcək.

 

Qeyd edək ki, hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutacaq.