Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Murov Az Terminal" "Gənclər"lə qarşılaşacaq.
Görüş "Murov Az Terminal"ın idman zalında keçiriləcək.
UNEC isə "Milli Aviasiya Akademiyası"nın qonağı olacaq. Bu oyun "Milli Aviasiya Akademiyası"nın idman zalında baş tutacaq.
Qeyd edək ki, hər iki görüş saat 17:00-da start götürəcək.