"Çelsi" icarə əsasında "Notingem Forest" də çıxış edən, ancaq müqavilə ilə "Yuventus"a məxsus olan Duqlas Luisi 6 aylıq icarəyə götürmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

27 yaşlı futbolçu Liam Rosenyorun komandası üçün uyğun seçim kimi qiymətləndirilir. Klub rəhbərliyi onun Premyer Liqa, Çempionlar Liqası, İngiltərə Kuboku və Liqa Kubokunda mübarizə aparan kollektivə kömək edəcəyini düşünür.

Qeyd edək ki, Duqlas Luis bu mövsüm icarədə olduğu "Notingem Forest" klubunda 14 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.