Misli Premyer Liqasının XVII turunda bu gün keçiriləcək "Neftçi" - "Zirə" oyunu yubileylə əlamətdar olacaq. Sport24.az-ın məlumatına görə, qarşılaşma komandaların çempionat tarixində 40-cı görüşü kimi tarixi düşəcək.
Əvvəlki 39 matçın 14-də "ağ-qaralar", 15-də "Zirə" üç xal qazanıb. 10 dueldə isə qalib müəyyənləşib. Topların fərqində isə "Neftçi"nin cüzi üstünlüyü var - 46:43. Meydan sahibləri hazırda 20 xalla 8-ci, qonaqlar 28 xalla üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, bu gün "Palms Sports Arena"da keçiriləcək "Neftçi" - "Zirə" matçı saat 19:00-da start götürəcək.