"Beşiktaş"ın yarımmüdafiəçisi Vilfred Ndidi İngiltərə Premyer Liqasına qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, "Mançester Yunayted" 29 yaşlı nigeriyalı futbolçunun transferində maraqlıdır. "Qırmızı şeytanlar" artıq Ndidiyə təklif göndərib. Təklifin maliyyə detalları hələ açıqlanmayıb.

 

Qeyd edək ki, Ndidi bu mövsüm "Beşiktaş"ın heyətində bütün turnirlərdə 16 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalı 29 yaşlı nigeriyalının bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.