İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem Böyük Britaniya kralı III Çarlz tərəfindən cəngavər tituluna layiq görüləcək. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

 

Nəticədə 50 yaşlı Bekhemin adına artıq "ser" prefiksi, həyat yoldaşı Viktoriya isə "Ledi Bekhem" olacaq.

 

Qeyd edək ki, Devid Bekhem "Mançester Yunayted", "Real", "Milan", PSJ və "Los Anceles Qalaksi" klublarında çıxış edib. O, İngiltərə millisində 115 oyun keçirib. Bekhem hazırda "İnter Mayami" klubunun prezidentidir.