"Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonun transferində israrlıdır. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" ilk olaraq 45 milyon funt sterlinq və əlavə 10 milyon bonus təklif etsə də, bu, "Brentford" tərəfindən rədd edilib.

 

Bütün bunlara baxmayaraq, tərəflər danışıqları davam etdirir. Mançester təmsilçisi 25 yaşlı cinah oyunçusu üçün yeni təklif üzərində işləyir.

 

Qeyd edək ki, kamerunlu forvard son mövsümdə Premyer Liqada 38 oyunda 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.