Bu gün Kosovonun paytaxtı Priştinada 3x3 basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsinə start veriləcək. Sport24.az xəbər verir ki, 2 gün davam edəcək turnirdə mübarizəyə ilk olaraq Azərbaycanın kişilərdən ibarət millisi qatılacaq.
B qrupunda yer alan komandamız ev sahibləri və Malta ilə üz-üzə gələcək.
Qeyd edək ki, qadınlardan ibarət millimiz də B qrupunda yer alıb və rəqibi Kosovo olacaq. Hər iki yarışda təsnifat mərhələsinin qalibləri Avropa Kubokunda iştirak hüququ qazanacaq.
Avropa Kuboku
Təsnifat mərhələsi
7 iyun
21:45. Azərbaycan – Malta
23:35. Kosovo – Azərbaycan