Azərbaycanın FIBA dərəcəli hakimlərinə təyinat verilib. Sport24.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Ədalət təmsilçiləri iyul və avqust aylarında təşkil olunacaq yeniyetmə oğlanlar və qızlar arasında Avropa çempionatının oyunlarını idarə edəcəklər. 

 

FIBA-nın etimad göstərdiyi 4 hakim - Ələkbər Həsənov, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsina müvafiq olaraq aşağıdakı ölkələrdə keçiriləcək yarışlarda fit sahibi olacaqlar.

 

Ələkbər Həsənov - Serbiya U-18 oğlanlar "A" divizionu (26 iyul-3 avqust) və Gürcüstan U-16 oğlanlar "A" divizionu (8-16 avqust)

 

Ruslan Xalıqov - Rumıniya U-18 oğlanlar "B" divizionu (25 iyul-3 avqust), Rumıniya U-16 qadınlar "A" divizionu (15-23 avqust), Albaniya U-16 oğlanlar "C" divizionu (5-13 iyul)

 

Urfan Bayramlı - Rumıniya U-18 oğlanlar "B" divizionu (25 iyul-3 avqust), Türkiyə U-20 qızlar "B" divizionu (20-29 avqust), Şimali Makedoniya U-16 oğlanlar "B" divizionu (7-16 avqust)

 

Anastasiya Slojenitsina - Litva U-18 qızlar "B" divizionu (4-13 iyul)