Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb. Sport24.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.

 

Yığmamız dünyada 28-cidir. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 1 pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 537,043 xal.