Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib. Sport24.az xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında baş tutan qarşılaşmalarda daha 4 komanda 1/4 finala vəsiqə qazanıb.

 

Monteneqro Polşa üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb. Bosniya və Herseqovina isə Tailandla matçda qalib gələrək növbəti mərhələyə yüksəlib. İsrail Çexiyaya böyük hesabla uduzub - 0:4. 1/8 final mərhələsinin son matçında Gürcüstan millisi Serbiyaya 3:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırmalı olub.

 

Dünya çempionatı

 

1/4 final

 

29 may

 

17:30. Macarıstan - Mavritaniya

19:00. Monteneqro - Çexiya

20:30. İngiltərə - Azərbaycan

22:00. Bosniya və Herseqovina - Serbiya