Minifutbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/4 final matçına çıxıb.

 

Elşad Quliyevin yetirmələri İngiltərə ilə görüşüb. Komandamız çətin qələbə qazanıb. Millimiz hesabı açsa da, fasilədən sonra ingilislər bərabərlik qolunu vurublar. Amma sona yaxın rəqibin müdafiədə anlaşılmazlığı yığmamıza 2:1 qələbə qazandırıb.

 

Qeyd edək ki, millimiz yarımfinalda Macarıstanla qarşılaşacaq. Görüş sabah baş tutacaq.

 

Minifutbol üzrə dünya çempionatı

1/4 final

29 may

20:30. İngiltərə - Azərbaycan - 1:2

Qollar: Bham Mussa, 35 - Təmkin Xəlilzadə, 14. Fitsgerald Sem, 48 (öz qapısına)