Bosniyalı hücumçu Edin Dzeko "Fənərbağça"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

 

Forvardın klubla müddəti başa çatan müqaviləsi uzadılmayıb.

 

Dzeko ilə İtaliyanın "Komo" klubu yaxından maraqlanır. O, bu mövsüm 33 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə edib.