Braziliyalı futbolçu Antoni "Betis"lə vidalaşıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Mançester Yunayted"ə məxsus və yanvardan "Betis"də çıxış edən futbolçuları bunları deyib: "Mənə ailədən biri kimi qapıları açdınız. Mənə yenidən futbol oynamaq sevincini yaşatdığınız üçün sizə təşəkkür edirəm".
Antoni gələcəyi ilə bağlı qərar verməyib. Onun növbəti mövsümə hansı komandada start verəcəyi dəqiqləşməyib.
Qeyd edək ki, 25 yaşlı futbolçu "Betis"də 26 oyunda 9 qol və 5 ötürmə ilə yadda qalıb.