Portuqaliyalı məşqçi Joao Sakramento LASK-ın baş məşqçisi olacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 36 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq.
Sakramento əvvəllər "Tottenhem" və "Roma"da Joze Mourinyonun, "Lill" və "Əl-Duhail"də isə Kristof Qaltyenin köməkçisi kimi çalışıb.
Qeyd edək ki, LASK 2024/25 mövsümündə Avstriya çempionatında 31 xal toplayaraq 7-ci yeri tutub.