KONKAKAF Çempionlar Liqasında qalib müəyyənləşib. Sport24.az xəbər verir ki, finalda "Vankuver 5:0 hesabı ilə qalib gələn "Krus Asul" kuboku başı üzərinə qaldırıb.

 

İqnasio Rivero dublla yadda qalıbsa, Lorenso Faravelli, Mateuş Boqus və Anxel Sepulveda hərəyə bir dəfə fərqlənib.

 

Qeyd edək ki, bu Meksika klubunun Çempionlar Liqasında yeddinci qələbəsidir. "Krus Asul" qələbələrin sayına görə turnir rekordçusu Amerika ilə bərabərləşib.