19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Sport24.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi"nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

 

Onun əvəzinə "Qəbələ"nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

 

Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam  edəcək.