"Mövsümün əvvəlində məqsədimiz Premyer Liqada qalmaq idi, Daha çoxunu edə bilərdik, buna nail olduq". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın futbolçusu Arsen Ağcabəyov deyib.

 

Müdafiəçi "Şamaxı"nın heyətində az şans qazanmasından söz açıb:

 

"Mövsümün sonuna yaxın meydanda daha çox olmağa başladım. Oyunlarda az şans qazanmağım baş məşqçinin qərarıdır, hörmətlə yanaşıram. Daha doğrusunu Ayxan müəllim bilər. Klubla bir illik müqaviləm var. Hazırda bütün fikirlərim "Şamaxı"dadır. Növbəti mövsüm "Şamaxı"nın hədəfi nə olacaq deyə bilmərəm. Bu barədə danışmaq tezdir".

 

Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasını 36 xalla 7-ci pillədə başa vurub.