"Neftçi" yeni mövsüm üçün ilk futbolçu transferini rəsmiləşdirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Benin millisinin dayaq yarımmüdafiəçisi Sessi D Almeyda "ağ-qaralar"a keçib. 29 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

 

Fransanın Bordo şəhərində anadan olan Sessi D Almeyda eyniadlı klubun yetirməsidir.

 

Son mövsümü Kiprin "Apollon" (Limassol) komandasında keçirən yarımmüdafiəçi 34 matçda meydana çıxıb.