Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionu olması xüsusi qeyd ediləcək. Sport24.az xəbər verir ki, iyunun 8-də bu münasibətlə konsert keçiriləcək.

 

Tədbir saat 20:30-da Qoşa Qala qapısı və Azərbaycan kinoteatrı yaxınlığında olacaq.

 

Konsertdə millimizin futbolçuları da iştirak edəcəklər.

 

Qeyd edək ki, komandamız mundialın finalında Monteneqroya qalib gəliblər.