Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları baş tutacaq. Sport24.az xəbər verir ki, təmsilçimiz "Araz-Naxçıvan" Yunanıstanda "Aris"in qonağı olacaq.
Oyunun start fiti Bakı vaxtı ilə saat 22:15-də səslənəcək.
Bakıda keçirilən ilk oyun Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, mərhələ adlayacaq komanda III təsnifat mərhələsində "Omonia" (Kipr) - "Torpedo" (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
"Aris" - "Araz Naxçıvan" 2:2
Qollar: Fabiano,62, Monçu,90 - Ç.Boli,11, Felipe Santos 37 (p)
Qırmızı vərəqə: İqor Ribeyro,52
Baş hakim: David Dikinson (Şotlandiya)
İlk oyun – 1:2
Saloniki. "Kleantis Vikelidis" stadionu
"Aris": 21. Lovro Maykiç, 27. Noa Fadiqa, 4. Fabiano Leys24. Leysmann (k), 24. Pedro Alvaro, 37. Hamza Mendil, 28. Dudu, 10. Uroş Raçiç, 8. Monçu, 70. Yannis Gianniotas, 18. Olimpiu Morutan, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 4. İqor Ribeyro, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Aleksandre, 6. Patrik AAndrade, 19. Bar Kohen, 29. Vanderson, 10. Felipe Santos, 70. Çarles Boli, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev